Bakıda döyülmə hadisəsi baş verib.

RePost.Az "report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Qənbər Vəzirov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində ailə münaqişəsi zəminində mübahisə baş verib. Mübahisə dava ilə sonuclanıb. Nəticədə 1971-ci il təvəllüdlü Yusifov Rasim Həşim oğlu baldızları və xalaları tərəfindən döyülüb.

O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.


Baxış sayı: 2022 | Tarix: 17.06.2017
Bizi Telegramda izləyin: @repostaz