Cəlilabadda bazarda yanğın baş verib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonu ərazisində yerləşən, "İran bazarı" kimi tanınan ərazidə qeydə alınıb.
 
Cehiz  əşyaları satılan hissədə qeydə alınan yanğın 16 mağazanı əhatə edib.
 
Hadisə yerinə Cəlilabadla yanaşı qonşu Masallı və Biləsuvar rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb edilib.yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.
 
Küləkli hava yanğının söndürülməsinə mane olsa da, alovu lokalaşdırmaq mümkün olub. 
 
Yanğının başvermə səbəbləri hələlik məlum məlum deyil. Hadisə zamanı bir nəfər xəsarət alıb.
 
RePost.Az

Baxış sayı: 2193 | Tarix: 21.06.2017
Bizi Telegramda izləyin: @repostaz