Bu gün səhər saat 10:00-dan etibarən Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

"Azəravtoyol” ASC-dən RePost.Az-a verilən məlumata görə, bu ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını xahiş edir.


Baxış sayı: 2117 | Tarix: 22.06.2017
Bizi Telegramda izləyin: @repostaz