Nazirlər Kabinetinin "2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 2016-cı il 25 noyabr tarixli qərarına əsasən 2017-ci ildə 26, 27 iyun tarixləri Ramazan bayramıdır.

RePost.Az xəbər verir ki, bu il Ramazan bayramının bir günü 26 İyun - Silahlı Qüvvələr günü ilə üst-üstə düşür.
 
Əmək Məcəlləsinə əsasən, bununla əlaqədar 28 iyun da istirahət günü olacaq.
 
Beləliklə, ölkədə 5 gün ardıcıl (24, 25, 26, 27, 28 iyun) qeyri-iş günüdür.


RePost.Az


Baxış sayı: 1984 | Tarix: 23.06.2017
Bizi Telegramda izləyin: @repostaz