Bu gün Azərbaycan klubları üçün futbol üzrə 2017/2018 avrokubok mövsümünə start verilib.
 
İlk matç Mərdəkandakı "Dalğa Arena"da baş tutub. Avrokuboklarda debüt edən “Zirə” Lüksemburqun “Differdanj” komandasını qəbul edib.
 
Oyun ərzində üstün futbol sərgiləyən Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibini 2:0 hesabı ilə üstələyib. Qəsəbə təmsilçisinin heyətində qanalı hücumçu Riçard Qadze və haitili forvard Kervens Belfort fərqləniblər.
 
Qeyd edək ki, bu kollektivlər arasında cavab oyunu iyulun 6-da Lüksemburqda keçiriləcək.
 
RePost.Az

Baxış sayı: 3219 | Tarix: 29.06.2017
Bizi Telegramda izləyin: @repostaz