Ötən gün Bakının Xətai rayonunda 3-cü mərtəbədən yıxılan uşaq ölüb.

RePost.Az  "report"a istinadən bildirir ki, hadisə N.Əliyev küçəsində yerləşən binada baş verib.

 

Üçüncü mərtəbədə yaşayan 2014-cü il təvəllüdlü Bəydəmirli Rəvan Elşən oğlu nəzarətsiz qalaraq pəncərəni açıb və oradan yerə yıxılıb. Uşaq 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib və bu gün dünyasını dəyişib.


Baxış sayı: 2877 | Tarix: 30.06.2017
Bizi Telegramda izləyin: @repostaz