Gəncədə qadın meyiti aşkarlanıb.
 
RePost.az-ın  APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində təxminən 60-65 yaşlarında qadın meyiti aşkarlanıb. İlkin məlumata görə, qadın təmizlik idarəsinin işçisi olub və o yolu süpürən zaman avtomobil onu vurub. Qadının kimliyi və onu vuran avtomobil hələ ki, məlum deyil.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
RePost.az
 
 
 

Baxış sayı: 3219 | Tarix: 14.12.2016
Bizi Telegramda izləyin: @repostaz