Azərbaycanda axtarışda olan qadın tutulub.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1968-ci il təvəllüdlü Şirəlizadə Xalidə Hüseynəli qızı saxlanılıb.
 
Qeyd edək ki, Xalidə Şirəlizadə 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub.
 
RePost.Az

Baxış sayı: 3124 | Tarix: 30.06.2017
Bizi Telegramda izləyin: @repostaz