Ucar rayonunda azyaşlının meyiti ağacdan asılı vəziyyətdə tapılıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alpı kəndində baş verib.
 
Kənd sakini, 2007-ci il təvəllüdlü Vaqif Aqşin oğlu Quliyevin meyiti yaxınları tərəfindən həyətdəki xurma ağacından asılı vəziyyətdə aşkarlanıb.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 2668 | Tarix: 30.06.2017
Bizi Telegramda izləyin: @repostaz