Səudiyyə Ərəbistanının şahzadəsi Abdurrəhman bin Abduləziz əs Səud vəfat edib.

RePost.Az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, kral Salman bin Abduləzizin böyük qardaşı olan şahzadə Abdurrəhman 86 yaşında dünyasını dəyişib.

Şahzadənin cənazə namazının bu gün Məkkə şəhərindəki Məscidi Haramda cümə namazından sonra qılınacağı bildirilir.

Sabiq kral Abduləziz əs Səudun həyat yoldaşı şahzadə Hizzə bint Əhməd əs Sudeyrinin 6-cı oğlu olan şahzadə Abdurrəhman 1931-ci ildə dünyaya gəlmişdi.

ABŞ-ın San Diyeqo şəhərindəki hərbi akademiyanı bitirən şahzadə Abdurrəhman təhsilini Kaliforniya universitetinin iqtisad fakultəsində davam etdirmişdi.

Abdurrəhman bin Abduləziz 1983 - 2011-ci illərdə müdafiə və aviasiya nazirinin müavini olub.

RePost.Az


Baxış sayı: 2687 | Tarix: 14.07.2017
Bizi Telegramda izləyin: @repostaz