İyulun 23-dən sonra Azərbaycanda hava şəraitinin nisbətən sərinləşəcəyi gözlənilir.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.
 
A.Verdiyev bildirib ki, iyulun 23-dən sonra Bakıda və Abşeron yarımadasında küləkli, bəzi regionlarda yağıntılı hava şəraitinin müşahidə olunacağı, temperaturun bir qədər aşağı düşəcəyi ehtimal edilir.
 
RePost.Az

Baxış sayı: 46 | Tarix: 21.07.2017
Bizi Telegramda izləyin: @repostaz