Xəbər verdiyimiz kimi dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakada uçub. 
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) “Vixr-5” və “Vixr-8” gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Svetlomor-2” gəmisi, həmçinin, çətin hava şəraitinə baxmayaraq, FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub. 
 
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. 
 
RePost.az Modern.az-a istinadən hadisə baş verən platformadan fotoları təqdim edir:

Baxış sayı: 2554 | Tarix: 15.12.2016
Bizi Telegramda izləyin: @repostaz