Türkiyədə Azərbaycan vətəndaşının idarə etdiyi yük maşını qəza törədib.

RePost.Az report-a istinadən xəbər verir ki, hadisə Kayseridə baş verib.

Azərbaycan vətəndaşı Rahim Bədəlovun idarə etdiyi 90-JO-998 dövlət nömrə nişanlı TIR markalı yük maşını Türkiyə vətəndaşı Erkan Çetinerin idarə etdiyi 38-ZU-010 nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik maşınında olan 4 nəfər-Cenk Yoldaş, Sabri Ocak, Ömer Faruk Beyaz və Ahmet Aslımtürk hadisə yerində ölüb. Ölən şəxslərin hamısının tələbə olduğu bildirilib.

Xəsarət alan daha iki nəfər isə Kayseri xəstəxanasına yerləşdirilib.

RePost.Az


Baxış sayı: 3904