Fövqəladə Hallar Nazirliyi (FHN) Kooperasiya Universitetindəki yanğınla bağlı məlumat yayıb.
 
Nazirlikdən RePost.Az-a verilən məlumata görə, Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır.
 
Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb.
 
Əlavə məlumat veriləcək.
 
***
 
Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb.
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb. Onlar -  Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir.
 
RePost.Az

Baxış sayı: 2649 | Tarix: 22.07.2017
Bizi Telegramda izləyin: @repostaz