Bakıda İnşaatçılar prospektində, İzmir parkının yaxınlığında yerləşən yaşayış binasında yanğın başlayıb.

RePost.Az xəbər verir ki, Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın baş verən binanın sakinləri təxliyə edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

RePost.Az


Baxış sayı: 3067 | Tarix: 24.07.2017
Bizi Telegramda izləyin: @repostaz