Samux rayon sakini müxtəlif xəsarətlər və dərman zəhərlənməsi diaqnozu ilə Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasına yerləşdirilib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, Samuxun Ziyadlı kənd sakini, 1988-ci il təvəllüdlü Pənahova İlahə Famil qızının müxtəlif bədən xəsarətləri aldığı, saçlarının qırxıldığı və dərmandan zəhərləndiyi bildirilir.
  
Onun ata-anası, qayınanası və həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığı, sonradan dərmanla özünü zəhərlədiyi bildirilir.
 
Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
 
RePost.Az

Baxış sayı: 2592 | Tarix: 25.07.2017
Bizi Telegramda izləyin: @repostaz