Neftçala sakini itkin düşüb. RePost.Az APA-ya istinadən xəbər verir ki, Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 22-də keçirilən qəbul imtahanında iştirak etmək məqsədilə Bakıya gedib.
 
Yaxınlarının dediyinə görə, İbrahim Əliyev iyulun 24-ü saat 07:15 radələrində Bakı Beynəlxalq Avtovağzalından mikroavtobusla Neftçalaya yola düşüb. Lakin hələlik məlum olmayan səbəblərdən evə gəlməyib.
 
İbrahim Əliyevi görənlərdən və ya onun barəsində hər hansı məlumatı olanlardan 050-727-96-16, 055-907-52-69 nömrələri ilə əlaqə saxlayıb xəbər vermələri xahiş olunur.
 
Faktla bağlı Neftçala rayon Polis İdarəsində araşdırmalar aparılır.
 
RePost.Az

Baxış sayı: 2554 | Tarix: 25.07.2017
Bizi Telegramda izləyin: @repostaz