Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub. 
 
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib. 
 
Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.
 
***
 
Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində iki nəfər yaralanıb.
 
Bunu RePost.Az-a açıqlamasında Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev deyib.
 
O bildirib ki, yaralanan şəxslərin xəstəxanaya çatdırılması istiqamətində lazımi işlər görülür. 
 
M. Ağayevin sözlərinə görə, hadisə yerinə 3 təcili yardım briqadası cəlb edilib.
 
RePost.Az

Baxış sayı: 2611 | Tarix: 27.07.2017
Bizi Telegramda izləyin: @repostaz