Bakıda sürücünün iti yük maşını ilə sürüməsinin görüntükləri yayılıb. 
 
RePost.Az bildirir ki, "Qazel” markalı, "10 XB 125" dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan sürücü və sərnişin iti sürüməsinə xanım sürücü kəskin etiraz edib.
 
Xanım sürücü "Qazel”i saxlatdırdıqda məlum olub ki, iti zəncirlə bağlayan sərnişin kabinədə oturaraq heyvanı asfalt üzərində sürüyərək aparır. 
 
Gözyaşlarına boğulan xanımlardan biri yaralanmış iti sığallayıb. Digər xanım isə "Allah göydən baxır. Bu da heyvandır. Niyə belə edirsiz?” deyə sürücünü günahlandırıb. Sürücü isə soyuqqanlı şəkildə "İti azdırmağa aparıram" deyib. 
 
Qadın sürücü onlara irad tutub və iti buraxmalarını tələb edib. Xanımlar sürücüyə çəkdikləri videonu sosial şəbəkədə yayılacağı xəbərdarlığını etsə də itə zülüm verən şəxs heç nə etməyib. 


RePost.Az

Mənbə: Baku.ws
 


Baxış sayı: 2250 | Tarix: 01.08.2017
Bizi Telegramda izləyin: @repostaz