Bakıda döyülmə hadisəsi baş verib.

RePost.Az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, bir neçə qaraçı "Sabunçu bazarı"nın qarşısında pərakəndə salfet satışı ilə məşğul olan 18 yaşlı Nicat İsmayılovu aldadaraq döyüblər.

Onlar N.İsmayılovun üzərindəki pulu və salfetləri götürərək ərazidən uzaqlaşıblar. Xəsarət almış zərərçəkən xəstəxanaya yerləşdirilib.

 

N.İsmayılov polisə ilkin ifadəsində bildirib ki, qaraçılar ona daha çox salfetin satılması üçün birlikdə işləməyi təklif ediblər. Qaraçıların vədlərinə inanan gənc sonradan onlar tərəfindən döyülüb. 


Baxış sayı: 3903 | Tarix: 02.08.2017
Bizi Telegramda izləyin: @repostaz