Cəlilabadda məhkəmədən çıxan 80 yaşlı qadın pilləkənlərdən yıxılması nəticəsində ölüb.

RePost.Az xəbər verir ki, hadisə Cəlilabad Rayon Məhkəməsinin həyətində baş verib.

Belə ki, rayonun Əliqasımlı kənd sakini 1937-ci il təvəllüdlü Şüküfə Aslanova kredit borcuna görə məhkəməyə dəvət edilib. Məhkəmədən çıxarkən Ş.Aslanovanın ayağı pilləkənə ilişib və o, yıxılıb.

Ağır kəllə-beyin travması alan Ş.Aslanova Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralı elə oradaca dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


RePost.Az
Mənbə: Report


Baxış sayı: 2421 | Tarix: 03.08.2017
Bizi Telegramda izləyin: @repostaz