Çempionlar Liqasının “play-off” mərhələsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) matçına artıq 28 minə qədər bilet satılıb.

Bunu Trend-ə “Qarabağ” futbol klubunun mətbuat katibi Nurlan İbrahimov deyib. N.İbrahimov bildirib ki, bilet satışı bu gün və sabah da davam edəcək.

Onun sözlərinə görə, ümumilikdə 30 min bilet satışa çıxarılıb: “Əslində, biletlər dünənə qədər satılıb qurtarmalıydı, ancaq biletlərin “qara bazar”a çıxarılmasının qarşısını almaq məqsədilə tam satılmadı, bu gün və sabah üçün də saxlanıldı. Biletləri yalnız kassalardan almaq mümkündür və bir nəfər ən çoxu 3 bilet ala bilər”.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

RePost.Az


Baxış sayı: 2972 | Tarix: 14.08.2017
Bizi Telegramda izləyin: @repostaz