İranda radikal könüllü hökumət tərəfdarları İsrailin baş naziri benyamin netanyahunun Bakı səfərinə etiraz olaraq Azərbaycanın Tehrandakı səfirliyinə lövhə göndəriblər.

 

RePost.Az xəbər verir ki. lövhənin mərkəzində Azərbaycan prezidenti İlham Əliyevlə görüşən Netanyahu şeytan simasında təsvir olunur, ətrafında isə İsrail-Fələstin münaqişəsində həlak olan uşaqların fotoları yerləşdirilib. Lövhənin yuxarısında isə bu sözlər yazılıb: “Torpağı işğal olan bir müsəlman dövlət, müsəlman torpağını işğöal edən dövlətlə dost ola bilməz”.

İran Molla rejiminin bu hərəkətinin bir adı var: Həyasızlıq.  Bu lövhəni sfirliyə göndərən molla rejimi Azərbaycan torpağını işğal edən Ermənistanla qardaş.lığını unudur, deyəsən. Bu günə qədər İranla Ermənistan arasında hərbi, iqtisadi, mədəni və s. sahələrdə onlarla müqavilə imzalanıb və bu müqavilələrin əksəriyyəti Azərbaycan Respublikasına qarşı yönəldilib.

Son olaraq cari ilin iyun ayında İranla Ermənistan arasında iki mühüm razılıq əldə olunub. Razılıqlardan biri hərbi əməkdaşlıq, digəri isə viza rejimi ilə bağlı olub. İyunun 14-dən 17-dək İranda səfərdə olmuş Ermənistan müdafiə nazirinin müavini Movses Akopyanın nümayəndə heyəti İranın müdafiə naziri Hüseyn Dehqani ilə görüşüb. Tərəflər müdafiə sahəsində Ermənistan-İran əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib, memorandum imzalanıb. Həmin günlərdə, Ermənistan parlamentinin növbədənkənar sessisyasında İranla viza rejiminin ləğvini ehtiva edən razılaşma da təsdiqlənib.

Bəs molla rejimi bunları görmür, yoxsa erməniləri özlərinin din qardaşı hesab edirlər?

RePost.Az


Baxış sayı: 3010 | Tarix: 17.12.2016
Bizi Telegramda izləyin: @repostaz