Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev “Qardaş Türkiyənin yanındayıq” dedi.
 
RePost.az -ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev, Kayseridə əsgərləri daşıyan avtobusa edilən xain terror hücumu ilə bağlı başsağlığı mesajı yayıb. 
 
İlham Əliyev, Kayseridə xain terror hücumları nəticəsində Türk əsgərinin ölümü və yaralanması xəbəri onu çox kədərləndirdiyini bildirib.
 
Əliyevin,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana xitabən yazılan mesajında," Kayseridə edilən amansız hücumlar nəticəsində Türk əsgərlərinin şəhid olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi. Bu qanlı hadisəni lənətləyir, qorxunc bir bəlaya çevrilmiş  terrorizmə qarşı mübarizədə sizi dəstəkləyirik və daim qardaş Türkiyənin yanındayıq. Baş vermiş bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı diləklərimi çatdırır, yaralananlara təcili şəfa diləyirəm. Allah rəhmət etsin" deyildi.
 
RePost.az
 

Baxış sayı: 2117 | Tarix: 17.12.2016
Bizi Telegramda izləyin: @repostaz