Bakıda avtobus sürücüsünə silah çəkən şəxs saxlanılıb.
 
RePost.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Binəqədi rayon polis idarəsi və 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini 29 yaşlı Orxan Cəmil oğlu Orucov ötən gün axşam saatlarında tutularaq istintaqa təhvil verilib. 
 
Saxlanılan Orxan əməlini etiraf edib. O, hadisədən əvvəl spirtli içki qəbul etdiyini deyir.
 
Orxan Orucuovun üstündən həmin cinayətdə istifadə etdiyi “Makarov” tipli pnevmatik tapança və narkotik maddə heroin də aşkar edilib. Orxan Orucov əməlindən peşman olduğunu deyir.
 
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
 
RePost.Az


Baxış sayı: 2364 | Tarix: 22.08.2017
Bizi Telegramda izləyin: @repostaz