Məşhur meyxanaçı Bayram Kürdəxanılını maşın vurub. RePost.Az-ın əlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib.
 
Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi “Peugeot” markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb.
 
Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
 
Hadisəni törətmiş E. Fərhadov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır. Emin Fərhadovun Azərbaycanın tanınmış. meyxana ustası Ağamirzənin qohumu olduğu bildirilir.
 
RePost.Az

Baxış sayı: 3067 | Tarix: 23.08.2017
Bizi Telegramda izləyin: @repostaz