Azərbaycan Televiziyasının aparıcısı, diktor və Xalq artisti Rafiq Hüseynov reanimasiyaya yerləşdirilib.

RePost.Az xəbər verir ki, bu barədə müalicə üçün Türkiyəyə gedən aparıcının xanımı Səbinə Hüseynova məlumat verib:

“Ümid edirdik ki, reanimasiyadan bu gün çıxardarlar, amma həkimlər icazə vermədi. Yəqin ki, hələ bir neçə gün də reanimasiyada qalacaq. Burda həkimlər hər gün yoldaşımın gecədən səhərə qədər olan vəziyyətini yoxlayırlar. Bu qeydlərə əsasən də onu reanimasiyadan çıxarıb çıxartmamağa qərar verirlər. Həkimlər deyir ki, vəziyyəti yaxşı deyil. Lakin ümid edirəm ki, sabaha öz otağına qaldırarlar”.

S.Hüseynova həyat yoldaşı ilə səhər danışdığını söyləyib:

“Səhər yanında idim, halsız idi. Narkozu ağır keçirir". (publika.az)


Baxış sayı: 2383 | Tarix: 31.08.2017
Bizi Telegramda izləyin: @repostaz