İranda ərli qadını zorlamaqda, adam oğurluğunda və quldurluqda günahlandırılan daha 1 nəfər ictimaiyyət qarşısında edam edilib.
 
RePost.Az GünazTV-yə istinadən xəbər verir ki, ərli qadını zorladığına görə edama, eləcə də quldurluq və adam oğurluğuna görə isə həbsə və şallaq zərbələrinə məhkum edilən müttəhim, avqustun 31-də Bəndər Abbas şəhərində ictimaiyyət qarşısında dara çəkilib. Edam edilən şəxsin adı mediaya açıqlanmayıb.
 
RePost.Az
 

Baxış sayı: 2744 | Tarix: 02.09.2017
Bizi Telegramda izləyin: @repostaz