Paytaxtda sərnişin avtobusunda insident baş verib.
 
RePost.Az xəbər verir ki, dünən 96 saylı xətt üzrə hərəkət edən sərnişin atvobusunda sərnişinlərdən biri sürücüyə hücum edib.
 
Buna səbəb isə sürücünün avtobusu dayanacaqdan kənarda saxlamaması olub.
 
Belə ki, sürücü sərnişinlərə məlumat verib ki, avtobus Heydər Əliyev adına Sarayın arxasından dönərək “5 mərtəbə” adlanan ərazidə son dayanacağa gedəcək. İrəli dayanacaq olmadığı üçün də avtobusu saxlamaq mümkün olmayacaq. Lakin, sərnişinlərdən biri avtobusu dayanacaqdan kənarda saxlatmaq istəsə də, sürücü razı olmur. Bu zaman isə həmin sərnişin sürücüyə hücum edərək onu boğmağa başlayıb və qapını məcburi şəkildə açdıraraq dayanacaq olmayan yerdə enir.
 
İstismarçı şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət olunacaq.
 
RePost.Az


Baxış sayı: 2497 | Tarix: 04.09.2017
Bizi Telegramda izləyin: @repostaz