Daxili işlər naziri Ramil Usubov Bakının dörd rayonuna yeni polis rəisləri təyin edib.
 
RePost.Az Report-a istinadən xəbər verir ki, nazirin əmri ilə , polis polkovnik-leytenantı Emin Çələbiyev Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin, polis mayoru Elnur Əliyev Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin, polis polkovnik-leytenantı Natiq Camalov isə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
 
Qeyd edək ki, Natiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.
 
RePost.Az

Baxış sayı: 2573 | Tarix: 04.09.2017
Bizi Telegramda izləyin: @repostaz