Xəzər dənizində batmış 27 yaşlı qızın nişanlı olması məlum olub.
 
RePost.Az report-a istinadən xəbər verir ki, nişanlı cütlük - Qax sakinləri 27 yaşlı Arzu Hacızərova və 30 yaşlı Rahib Məmmədov dünən dənizdə çimmək üçün Şüvəlan çimərliyinə gediblər.
 
A. Hacızərova cütlük güclü dalğalar səbəbindən dənizdə batıb, R. Məmmədovu isə dalğalar sahilə atıb. R. Məmmədov müxtəlif bədən xəsarətləri alsa da sağ qalıb.
 
Qax sakinlərinin verdiyi məlumata görə, bir ay əvvəl onların nişan mərasimi olub. Yaxın vaxtlarda cütlüyün toy mərasimi olacaqdı. 
 
RePost.Az

Baxış sayı: 2725 | Tarix: 05.09.2017
Bizi Telegramda izləyin: @repostaz