İraqın İŞİD-dən azad edilmiş Təlafər şəhərində öldürülən azərbaycanlı terrorçuların pasportlarını əks etdirən fotolar yayılıb.
 
RePost.Az Eastnews-a istinadən xəbər verir ki, cərgə ilə düzülmüş fotolarda şəxsiyyət vəsiqələri ilə birgə xarici vətəndaş pasportlarının da olduğu görünür. 30-a yaxın İŞİD-çinin əks olunduğu fotolarda bəzilərinin adlalarının oxunması çətin olsa da anadan olduqları yerlərin – Qubadlı, Sumqayıt, Oğuz, Ağdam və Xaçmaz şəhərlərinin adlarını oxumaq mümkündür.
 
Xatırladaq ki, İraqın təhlükəsizlik qüvvələri Təlafər şəhərinin azad olunması zamanı iki mindən çox İŞİD silahlısını məhv edib. Bu barədə İraq ordusunun bəyanatında bildirilir. Şəhərin azad edilməsi əməliyyatı İraqın şimal-qərbində, avqustun 20-də başlayıb. Ölkənin baş naziri Heydər əl-Abadi avqustun 31-də İraq ordusunun İŞİD üzərində qələbə çaldığını və Təlafərin yerləşdiyi Neynəvanın şimal hissəsinin terrorçulardan tam azad edildiyini bildirib.
 
Birgə əməliyyatın komandanlığının general-leytenantı Abdul Əmir Yarəllə bildirib ki, avqustun 20-dən 31-dək 2000-dən çox terrorçu və 50 terrorçu kamikadze öldürülüb, həmçinin partlayıcı qurğunun olduğu 77 avtomobil, 71 minalanmış tikili və yol kənarına qoyulmuş 990 mina partladılıb.
 
Onun sözlərinə görə, əməliyyatda İraq ordusunun əsgərləri, federal polisin və onun xüsusi bölmələrinin, həmçinin “Xalq Səfərbərliyi”nin döyüşçüləri iştirak edib. İraqın güc strukturlarının itkisi 115 nəfər olub, döyüşlər zamanı demək olar, 680 nəfər yaralanıb. 
 
RePost.Az

Baxış sayı: 2478 | Tarix: 08.09.2017
Bizi Telegramda izləyin: @repostaz