Bu gün Masazır qəsəbəsində suyun verilməsində məhdudiyyət yaranacaq.
 
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən RePost.Az-a verilən məlumata görə, yeni çəkilmiş 426 mm diametrli su xəttinin magistral kəmərə birləşdirilməsi ilə əlaqədar sentyabrın 11-də 24 saat müddətində Abşeron rayonunun Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
 
RePost.Az

Baxış sayı: 2117 | Tarix: 11.09.2017
Bizi Telegramda izləyin: @repostaz