Abşeronda binanın 5-ci mərtəbəsindən yerə yıxılan körpə sağ qalıb.

RePost.Az "report"a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində baş verib.

Belə ki, 27-ci məhəllə ev 53 ünvanında yerləşən binanın beşinci mərtəbəsində yaşayan 2015-ci il təvəllüdlü Məmmədov Murad Fərahim oğlu ehtiyatsızlıqdan eyvanın pəncərəsindən yerə yıxılıb.

Körpə orta ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.


Baxış sayı: 2383 | Tarix: 18.09.2017
Bizi Telegramda izləyin: @repostaz