Sentyabrın 20-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

 

Şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.

 

ETSN-dən RePost.Az-a  verilən məlumata görə, havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22°, gündüz  33-35° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  763  mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət  gecə 75-85 %, gündüz  35-40 % olacaq. 

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.

 

Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə  14-19°, gündüz  31-36° isti, dağlarda gecə 11-16°,  gündüz 21-26° isti olacağı gözlənilir.


Baxış sayı: 1627