Gəncə sakini döyülüb.

RePost.Az bildirir ki, şəhər sakini, 1962-ci il təvəllüdlü Nəsirova Xəzangül Ələddin qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın ailə münaqişəsi zəminində əri tərəfindən döyülüb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Baxış sayı: 2345 | Tarix: 21.09.2017
Bizi Telegramda izləyin: @repostaz