Bu gün Azərbaycan Mərkəzi Bankından (AMB) kommersiya banklara məktub daxil olub.
 
RePost.Az-ın məlumatlına görə, bu barədə “APA-Economics”ə bank sektorundakı mənbə məlumat verib. Məlumata görə, banklara AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə məktub daxil olub. Məktubda deyilir:
 
“Milli Ödəniş Sisteminin İştirakçılarına.
 
Dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi
iş günü elan edilir. Eyni zamanda bildiririk ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixi yeni əməliyyat günü hesab edilir.
 
Xahiş edirik, nəzərə alasınız”.
 
RePost.Az

Baxış sayı: 2953 | Tarix: 29.09.2017
Bizi Telegramda izləyin: @repostaz