Azərbaycanın Baş prokuroru Zakir Qaralov “Turan” İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı məsələyə münasibət bildirib.
 
RePost.Az  xəbər verir ki, Z.Qaralov jurnalistlərə açıqlamasında deyib ki, “Turan” İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyət yoxdur:
 
“İstənilən vergi ödəyicisi vergi qanunvericiliyini pozmamalıdır”.
AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi ilə bağlı məsələyə də toxunan Z.Qaralov bu barədə danışmağın hələ tez olduğunu söyləyib:
 
“Bu məsələ ilə bağlı danışmaq hələ tezdir. Çünki qarşıda istintaq və məhkəmə prosesləri var. Hesab edirəm ki, Azərbaycanda gömrük və vergi qanunvericiliyinin tələblərinin pozulması cinayətdir. Bəzi müxalifət partiyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri öz xarici havadarlarının vasitəsi ilə ölkə qanunvericiliyinin tələblərini pozaraq, xaricdən onlara ötürülən pulları ayrı-ayrı ölkələrdən alırlar. Bu cür hallar qanun pozuntusu olduğu üçün biz bu cür halları aşkar edən zaman dərhal müdaxilə edirik. Qanunun tələbləri ilə bu cür şəxslər həbs edilir”.
 
RePost.Az

Baxış sayı: 2763 | Tarix: 30.09.2017
Bizi Telegramda izləyin: @repostaz