“Oktyabrın 5-dən etibarən hava sabitləşəcək, yağışlar kəsəcək, temperatur yüksələcək”.
 
RePost.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
 
O bildirib ki, hazırda ölkə ərazisində yağmurlu hava şəraiti müşahidə olunur: “Bəzi yerlərdə yağışlar leysan xarakterli, intensivdir. Axşam bəzi ərazilərdə qar yağıb. Qeyri-sabit hava şəraiti sabah da davam edəcək”.
 
G.Məmmədova qeyri-sabit hava şəraitinin oktyabr ayının 5-dən etibarən düzələcəyini deyib. Onun sözlərinə görə, oktyabrın 5-i gündüz saatlarından havanın mülayimləşəcəyi və gün ərzində yağmursuz keçəcəyi gözlənilir: “Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək”. 
 
RePost.Az

Baxış sayı: 2744 | Tarix: 03.10.2017
Bizi Telegramda izləyin: @repostaz