Yeni ilə az qalmış bazarlarda qiymətlər od tutub yanır. Satıclar çərəzlərin qiymətinin bu qədər baha olmasının səbəbini xarici məhsullarla əlaqələndirirlər. 

RePost.az-ın Xəzər TV-yə istinadən verdiyi xəbərə görə,Qoz, fındıq, şabalıd, badam... Yeni ilin gəlişinə az qala bazarlarda canlanma yaşanır.

Bu quru meyvələrin özləri nə qədər cazibədar görünsə də qiymətləri əksinədir. Bazarda çərəzlərin qiyməti əl yandırır. Satıcıların sözlərinə görə yerlilərlə yanaşı bazarda xarici məhsullar da olur. Qoz ləpəsinin qiyməti 13-14 manatdan 20 manatadək, fındıq ləpəsi 12-18 manat, badam isə 18-20 manat arasında dəyişir.Fındıq kimi qoz ləpəsinin də qiymətinin fərqli olması gətirildiyi bölgədən asılıdır.

Qiymətlərin bu qədər baha olmasını satıcılar belə izah edirlər. Alıcılar da bu vəziyyətdən hec razı olmadıqlarını bildirirlər.

RePost.az


Baxış sayı: 4112 | Tarix: 20.12.2016
Bizi Telegramda izləyin: @repostaz