Sentyabr ayı ərzində həm ənənəvi avtomobil bazarındakı satışda, həm də avtomobillərin online satışlarında aktivlik çox aşağı səviyyədə olub.
 
RePost.Az xəbər verir ki, bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib.
 
O bildirib ki, hava şəraitinin kəskin dəyişməsi avtomobil bazarına da təsirsiz ötüşməyib: “Bazarın aktiv iştirakçıları passiv iştirakçılara çevrilib”.
 
Ekspert deyib ki, satış qiyməti 20 min manata qədər olan işlənmiş avtomobillərdə qiymətlər təqribən 8-10% aşağı düşüb, bahalı avtomobillərin qiymətində isə ciddi dəyişiklik olmayıb.
 
V.Hüseynov vurğulayıb ki, adətən, sentyabr ayından bazarda aktivləşmə hiss olunurdu və bu, noyabrın sonuna qədər davam edirdi: “Dekabr ayında bayramlarla əlaqədar aktivlik aşağı düşürdü, yanvarın ortalarından sonra yenidən artırdı. Ancaq bu il sentyabr ayında aktivlik artmadı”.
 
RePost.Az

Baxış sayı: 2991 | Tarix: 05.10.2017
Bizi Telegramda izləyin: @repostaz