İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı mikromaliyyə təşkilatları üçün xərclərinin aşağı salınmasının yollarını açıqlayıb.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar" mövzusunda keçirilən beşinci investorlar yarmarkasında çıxışı zamanı V.Qasımlı deyib ki, mikromaliyyə təşkilatları "Fintech" adlandırılan maliyyə texnologiyasına yaxınlaşdırılmalıdır: "Başqa yol yoxdur. Yaxınlaşma olmazsa, mikromaliyyədə "Fintech" tətbiq olunmazsa, biz mikromaliyyənin xərclərini aşağı sala bilməyəcəyik. Mikromaliyyənin xərcləri aşağı düşməzsə, mikromaliyyənin təklif etdiyi  xidmətlər nə biznes, nə də ev təsərrüfatları üçün əlverişli olmayacaq".
 
İcraçı direktor əlavə edib ki, artıq Azərbaycanda bahalı kreditlər dövrü geridə qalıb. "Biz bu barədə dəfələrlə müzakirələr aparmışıq. Yəni, biz elə əlçatan kredit faizləri və maliyyə xidmətləri faizləri təklif etməliyik ki, həm biznes, həm də ev təsərrüfatları mikromaliyyədə maraqlı olsun. Bir daha təkrar edirəm ki, bunun yeganə yolu "Fintech"dir. Azərbaycan mikromaliyyəçiləri bunun mütləq nəzərə almalıdırlar", - deyə o vurğulayıb.
 
RePost.Az 

Baxış sayı: 2839 | Tarix: 06.10.2017
Bizi Telegramda izləyin: @repostaz