"Azad Azərbaycan” müstəqil Teleradio Kompaniyasında (ATV) vitse-prezident təyinatı baş tutub.
 
RePost.Az axşam.az-a istinadən məlumatına görə, bu yerə bir neçə gün öncə "ARB Kəpəz"dəki vəzifəsindən uzaqlaşdırılan Fuad Cabbarov gətirilib. Bildirilir ki, F.Cabbarov artıq bu gündən işinin icrasına başlayıb.
 
Qeyd edək ki, ATV-də rəhbərliyin dəyişilməsindən sonra kanaldakı digər vitse-prezident vəzifəsini Vaqif Aydınoğlu icra edir.
 
RePost.Az

Baxış sayı: 2763 | Tarix: 10.10.2017
Bizi Telegramda izləyin: @repostaz