ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" növbəti buraxılışı baş tutub. 
 
RePost.Az xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda SMS səsverməsinə çıxarılan Faytonçu Nazim qaydaları pozduğuna görə, vaxtından əvvəl şounu tərk edib. Ona görə də canlı yayımda ikinci dəfə səsvermə keçirilib və Arif Quliyev hədəf seçilib. Arif Quliyev oyunda qalacağı təqdirdə meyxanaçı Vuqar Əbdülovu şoudan kənarlaşdıracağını bildirib. 
 
58,64 faiz səs toplayan Arif Quliyev efirdə göz yaşlarını saxlaya bilməyib. “Mən həmişə istəmişəm ki, hamının hər şeyi olsun, sonra mənim. Mən bu gün istəyirəm ki, Vüqr qalsın. Həyatımda olmayıb ki, məndən bir adam incisin. Mən gedirəm. Amma bu gün Faytonçu Nazim oyunu tərk etdiyinə görə, iştirakçıların təkidi ilə fikrini dəyişən Arif Quliyev özü də şouda qalıb. 
 
RePost.Az


Baxış sayı: 5035