Xalq artisti Arif Quliyevin yarış zamanı vəziyyəti pisləşib. 
 
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, təzyiqi qalxan aktyora təcili tibbi yardımın əməkdaşları dərhal ilkin yardım göstərib. Arif Quliyevin səhhəti ilə bağlı həkim BAKU.WS-in əməkdaşına açıqlama verib:   
 
"Arif Quliyevin təzyiqi qalxıb. Tibbi yardım göstərdik, indiki vəziyyətdə səhhəti normaldır. Hazırda burdayıq və durumu ilə bağlı vəziyyəti müşahidə edirik. Ancaq vəziyyəti yaxşılaşmasa bu durumda yarışmada iştirak edə bilməz".
 
Xalq artistinin yarışmanı tərk etməli olub.
 
Realiti şouda aparıcı Vüsalə Kərimova, aparıcı İlqar Mikayıloğlu, müğənni Xatun Əliyeva, meyxanaçı Vüqar Əbdulov, aktrisa Tünzalə Əliyeva, aktyor İlkin Misgərli, jurnalist Ulviyyə Alovlu, müğənni Rauf Əhmədov, müğənni Talıb Tale, müğənni Günel Ələkbərova, aparıcı Zemfira Adıgözəlova, repçi Elşad Xose, aparıcı Vüsalə Əlizadə, aktyor Arif Quliyev, aktrisa Mehriban Xanlarova iştirak edir.
 
RePost.Az


Baxış sayı: 2668 | Tarix: 12.10.2017
Bizi Telegramda izləyin: @repostaz