Oktyabrın 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
RePost.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun yarımadada gecə 9-12°, gündüz 16-20°, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22°, dağlarda gecə 0-4°, gündüz 9-14° isti olacağı gözlənilir.
 
RePost.Az

Baxış sayı: 2212 | Tarix: 17.10.2017
Bizi Telegramda izləyin: @repostaz