ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub. 
 
RePost.Az xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar aparıcı Vüsalə Kərimovanı SMS səsverməsinə çıxarıblar. Tamaşaçılardan səs istəyən Vüsalə Kərimova hədəfini açıqlamayıb və bunu verilişin sonunda elan edəcəyini bildirib. “Dekabrın 25-də mənim yubiley günümdü. Bilirəm ki, mənə hədiyyələr göndərəcəklər. Mən o hədiyyəni istəmirəm. Bu gün səs göndərin oktyabrın 25-də bu maşın mənə sizin hədiyyəniz olsun”. 
 
Hədəfimi tam olaraq müəyyənləşdirmədiyini deyən Vüsalə Kərimova iştirakçıların hər birinin onun üçün hədəf olduğunu deyib. “Sadəcə mən bu gün öz gücümü nümayiş etdirmək istəyirəm”. 
 
Vüsalə Kərimova yalnız bu gün Talıb Taleyə toxunmayacağını bildirib. Buna baxmayaraq Talıb ona inanmadığını söyləyib: “Əgər iştirakçlılardan heç biri səs istəmirsə, demək hədəf mənəm və aldanmaq istəmirəm”. 
 
Bəlkə də elə Talıbın bu açıqlamasından sonra Vüsalə Kərimova üçün səs vermə o qədər də uğurlu başlamadı. 
 
Veriliş ərəfəsində bir neçə dəfə Vüsalənin səs faizi yüksəlsə də, Elşad Xosenin də Vüsaləyə qarşı çıxması vəziyyəti aparıcı xanımın əleyhinə dəyişdi. Amma sonunda 51,57 faiz tamaşaçı onun qalmasına, 48,43 faiz tamaşaçı isə getməsinə səs verdi. Vüsalənin hədəfi isə Elşad Xose oldu: “Mən burada ustad dərsi keçmək istəyən Elşad Xoseniu bura dəvət edirəm və Mehriban xanıma salam göndərirəm”. Beləliklə maşın Elşad Xose üşün əldən getdi. 
 
Qeyd edək ki, Vüsalə Kərimova dünənki verilişdə Elşad Xosenin tərəfində idi. Bu gün isə onu uzaqlaşdırdı. Onun bu qərarı Xatun xanım üçün əsl sürpriz olub. Hətta o, qərarına görə Vüsalə Kərimovanı qucaqlayaraq təşəkkür edib. 
 
RePost.Az


Baxış sayı: 2801 | Tarix: 21.10.2017
Bizi Telegramda izləyin: @repostaz