Şirvan şəhərinə aparılarkən qaçan məhkumlardan biri, Əli Ağami kirmina aləmə yaxın şəxsdir.
 
RePost.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, o və qardaşı Zaur Ağami "Masallı Mamed”lə "Qoca” ləqəbli Etibar Hacıqabulinskinin qruplaşmasına daxil olub.
 
Ə.Ağami isə 2015-ci il noyabrın 5-də Şirvanda keçirilən "razborka”dan sonra saxlanılıb. 
 
Həmin görüşdə "Kritoy Elvin” kimi tanınan Elvin Nəciyev Zaur Sarıbalayevi güllələyərək öldürüb. Elə həmin görüşdə Əli Ağami Elvin Nəciyevi güllələyib, o da xəstəxanaya aparılarkən vəfat edib. O, ikinci pasportla sərhədi keçməyə cəhd edib. Belə ki, Ə.Ağami həm də "Abdulla” kimi tanınır. Bir pasportda o "Ağami Əli Rasim oğlu” kimi, digər pasportda isə "Hüsyenov Abdulla Rasim oğlu” kimi qeydiyyata alınıb.
 
Ə.Ağami ölkədən çıxarkən saxlanılıb.
 
Bu hadisədən 2 gün öncə isə Ə.Ağaminin qardaşı Zaur Ağami təqib olunaraq qəzaya salınıb və orada ölüb.
 
RePost.Az
 

Baxış sayı: 2117 | Tarix: 23.10.2017
Bizi Telegramda izləyin: @repostaz