Azərbaycanda məhbus ölüb.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan, 1952-ci il təvəllüdlü Elxan Kərim oğlu Fərhadov xəstəlikdən dwnyasını dəyişib.
 
Kriminal aləmin üzvü olduğu bildirilən E. Fərhadov 2009-cu ildə Ağdaş rayonunda keçirilən toy mərasimində qanunsuz gəzdirdiyi “Makarov” tipli tapança ilə həmyerlisi, 1957-ci il təvəllüdlü Rahim Mətləb oğlu İbrahimovu güllələyərək qətlə yetirib.
 
Məhkəmənin qərarı ilə o 15 il müddətinə azadlıqdan məhrum edilib. 
 
RePost.Az

Baxış sayı: 2858 | Tarix: 23.10.2017
Bizi Telegramda izləyin: @repostaz