"ATV"-də yayımlanan “Maşın” şounun qalibi müəyyənləşib.
 
RePost.Az  xəbər verir ki, avtomobil uğrunda mübarizə yekunlaşıb. Yarışmanın qalibi müğənni Talıb Tale olub. Əslində isə avtomobilin qalibinin ötən gecədən bəlli olduğu bildirilir. Mənbənin sözlərinə görə, Vüsalə Əlizadənin ardınca Xatun Əliyeva da əlini maşından götürüb. Bu barədə ötən gün müğənni Ədalət şükürov İnstagram səhifəsində də məlumat paylaşsa da, sonradan redaktə edib. Bundan başqa Xatunun hələ canlı yayımda əlini maşından götürdüyü, lakin yarışmadan uzaqla.dırılmadığı barədə Elşad Xose açıqlama vermişdi. Sadəcə olaraq yarışma vaxtından əvvəl başa çatmasın deyə təşkilatçılar Xatunun bir gün sonra verilişi tərk etməsini səhnələşdiriblər. 
 
Qeyd edək ki, finalda avtomobil uğrunda Talıb Tale ilə Xatun Əliyeva yarışırdı.
 
RePost.Az

Baxış sayı: 3105 | Tarix: 24.10.2017
Bizi Telegramda izləyin: @repostaz